Bakı. Trend:
Bu ilin aprel ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,6 faiz artıraraq 14,8 milyon dollara çatdırıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Gürcestana elektrik avadanlıqları məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz artıraraq 50,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 5,2 milyard dollara bərabər olub.
Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 12,4 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 15,5 milyard dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib.