...

Azəri-Çıraq-Günəşli yatağından bu il 3 milyard dollardan çox gəlir əldə edilib

İqtisadiyyat Materials 5 İyun 2023 18:34 (UTC +04:00)
Azəri-Çıraq-Günəşli yatağından bu il 3 milyard dollardan çox gəlir əldə edilib

Bakı. Trend:

Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından bu ilin 5 ayı üzrə gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, 2023-cü il yanvarın 1-dən iyunun 1-dək AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 3 013 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə Şahdəniz yatağından (qaz və kondensat) gəlirlərin həcmi 935,754 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 197,763 mln. ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti