...

Azərbaycanın regionlarına kredit qoyuluşları təxminən 23 faiz artıb - Nazir

İqtisadiyyat Materials 12 İyun 2023 15:56 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz artıb.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

"Bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları 4,7 milyard manat təşkil edib", - nazir bildirib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti