...

Rusiya taxıl dəhlizi ilə bağlı Birgə Koordinasiya Mərkəzini tərk etdi

İqtisadiyyat Materials 20 İyul 2023 13:50 (UTC +04:00)

Bakı. Trend:

Rusiyalı heyət Taxıl Dəhlizi ilə bağlı yaradılan İstanbul Birgə Koordinasiya Mərkəzini tərk edib.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi dünya ölkələri üçün əhəmiyyətli olan Taxıl Dəhlizi Sazişinin davam etdirilməsinin tərəfdarıyıq. Bunun üçün biz bütün tərəflərlə işimizi davam etdiririk", - deyə məlumatda bildirilib.

Məlumat üçün bildirək ki, Ukrayna və Rusiyanın 22 yanvar 2022-ci il tarixində Türkiyə və BMT ilə imzaladığı müqavilələr çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzi keçmiş müdafiə naziri Hulusi Akarın iştirakı ilə keçirilən mərasimlə rəsmi fəaliyyətə başlayıb. Mərasimdə mərkəzdə xidmət edəcək Rusiya, Ukrayna və BMT-nin hərbi və mülki rəsmiləri iştirak ediblər.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti