...

Azərbaycanın bank sektorunun aktivləri 8% artıb

İqtisadiyyat Materials 21 Avqust 2023 11:46 (UTC +04:00)
Azərbaycanın bank sektorunun aktivləri 8% artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 880,3 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletendə məlumat verilib.

Bu, ötən il avqustun 1-i ilə müqayisədə 7,9 % çoxdur.

Bankların aktivlərinin 20 117,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,8 %-dən 44,8 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,1 % artaraq 39 041,2 milyon manata, o cümlədən depozit portfeli 7,6 % artaraq 31 841,1 milyon manata çatıb. Bunun 12 429,3 milyon manatı fiziki, 19 411,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 17,2 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 2,2 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,6 dəfə azalaraq 107,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 13,6 % artaraq 5 839,1 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti