...

ABŞ-də kommersiya neft ehtiyatları kəskin azalıb

İqtisadiyyat Materials 8 Sentyabr 2023 10:47 (UTC +04:00)

Bakı. Trend:

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 6 milyon 307 min barel azalaraq, 416 milyon 637 min barel təşkil edib.

Trend xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda əksini tapıb.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2064 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti