...

Quba TDT-nin Kənd Təsərrüfatı paytaxtı elan olundu

İqtisadiyyat Materials 26 Sentyabr 2023 15:55 (UTC +04:00)
Quba TDT-nin Kənd Təsərrüfatı paytaxtı elan olundu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Quba şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı paytaxtı seçilib.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Təşkilatın Kənd Təsərrüfatı üzrə məsul nazirlərinin 2-ci iclası ilə bağlı keçirilən brifinqdə bildirib.

Növbəti Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin görüşünə qədər Quba şəhəri paytaxt olaraq qalacaq.

Qeyd edək ki, növbəti görüş Qazaxıstanda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti