...

Azərbaycan TDT ölkələri ilə aqrar sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir

İqtisadiyyat Materials 26 Sentyabr 2023 17:35 (UTC +04:00)
Azərbaycan TDT ölkələri ilə aqrar sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə aqrar sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov mətbuat konfransında deyib.

"TDT ölkələri kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir. Regionda kənd təsərrüfatı sahəsinin möhkəmlənməsinə səbəb olan kənd təsərrüfatı layihələrinin inkişafı və təkmilləşdirilməsi üçün birgə səylər planlaşdırılır", - o deyib.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısı keçirilib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

Xəbər lenti

Xəbər lenti