...

Şahin Mustafayev Rusiya hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 9 Oktyabr 2023 12:46 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti