...

“BakuBuild” sərgisində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “A&S Union AFEZCO” şirkətinin birgə stendi təşkil olunacaq

İqtisadiyyat Materials 13 Oktyabr 2023 10:19 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin 19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq “BakuBuild” sərgisində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurum) ilə “A&S Union AFEZCO” şirkətinin birgə stendi təşkil olunacaqdır.

Qeyd olunmuş şirkət Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçərək fəaliyyət göstərir. Şirkət beynəlxalq standartlara cavab verən, ən müasir texnologiyalara əsaslanan, yanğına davamlı alüminium və polad kompozit panellərin istehsalını həyata keçirəcək və sözügedən məhsullar Səlahiyyətli Qurum ilə “A&S Union AFEZCO” şirkətinin birgə stendində nümayiş etdiriləcəkdir. İnşaat sektorunda bu məhsullara tələbatın yüksək olduğunu və onların sektor üçün faydalı olacağını nəzərə alaraq, Səlahiyyətli Qurum nümayiş olunacaq məhsullarla tanışlıq məqsədilə layihələndirmə və tikinti şirkətlərini sərgini ziyarət etməyə dəvət edir.

Xəbər lenti

Xəbər lenti