...

Aksiz vergisi üzrə proqnoz artırılır

İqtisadiyyat Materials 14 Oktyabr 2023 10:55 (UTC +04:00)
Aksiz vergisi üzrə proqnoz artırılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 531 milyon manatının və yaxud 4,5 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 % çoxdur.

Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 358 milyon manatını və yaxud 88,7%-ni İqtiisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 173 milyon manatını və yaxud 11,3 %-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 12 % və 0,6% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti