...

Azərbaycanda sığorta yığımlarında kəskin artım

İqtisadiyyat Materials 23 Oktyabr 2023 11:17 (UTC +04:00)
Azərbaycanda sığorta yığımlarında kəskin artım
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta yığımları 28,2% artaraq, 937,237 milyon manata çatıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 25,7% artaraq 400,387 milyon manata yüksəlib.

Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 43,6 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 42,7 manata kimi azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti