...

Bunu Azərbaycanla birgə etməyi arzulayırıq - Türkiyə İnkişaf İnvestisiya Bankının İcraçı vitse-prezidenti

İqtisadiyyat Materials 16 Noyabr 2023 12:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu konfrans bizim üçün çox önəmlidir.

Trend xəbər verir ki, bunu Türkiyə İnkişaf İnvestisiya Bankının İcraçı vitse-prezidenti Seçil Yıldız Bakıda keçirilən Dayanıqlı İnkişafa dair II Bakı Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu bölgədə sərmayə bazarında ortaq iş birliyinin artırılmasının çox önəmli olduğunu düşünürəm. Xüsusilə də sərmaye bazarında biz ölkəmizin karbon emissiyalarının daha az olduğu dövrə, iqtisadiyyatına keçidi məsələsində çox aktiv çalışırıq. Ölkələr arası işbirlikləri də qurmaq istəyirik. Bu mənada Azərbaycan sərmayə bazarları ilə birgə nələr edə bilərik məsələsini çox araşdırmaq və açığı, bunu birgə etməyi çox arzulayırıq", - deyə o bildirib.

Seçil Yıldız ölkələrimizin, bölgəmizin bu istiqamətdə əməkdaşlığının uğurlu olacağına inandığını qeyd edib: "O mənada iş birlikləri, informasiya mübadiləsi çox önəmlidir. Azərbaycan bizim üçün onsuz da çox qiymətlidir, çox önəmli bir ölkədir. Ona görə də bu iş biriyini həyata keçirməyi çox arzu edirik".

Xəbər lenti

Xəbər lenti