...

Bağlanan bankın əmanətçilərinə 2 gün ərzində ödənilən kompensansiya AÇIQLANIB

İqtisadiyyat Materials 29 Noyabr 2023 09:27 (UTC +04:00)
Bağlanan bankın əmanətçilərinə 2 gün ərzində ödənilən kompensansiya AÇIQLANIB
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100.951.000 manat kompensasiya ödənişi həyata keçirilmişdir. Bu isə ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.

Bu barədə Trend-ə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.

Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti