...

ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,6 milyon barel artıb

İqtisadiyyat Materials 30 Noyabr 2023 03:34 (UTC +04:00)
ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,6 milyon barel artıb

Bakı. Trend:

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,6 milyon barel artaraq noyabrın 24-nə 449,7 milyon barel təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Energetika Nazirliyi xəbər verib.

Nazirlik qeyd edib ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2% aşağıdır.

Qeyd edək ki, Londonun "ICE" birjasında "Brent" markalı neftin fevral fyuçersləri 0,75 faiz bahalaşaraq 82,27 dollar/barel, "WTI" markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,82 faiz artaraq bir barel üçün 77,17 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti