Bakı. Trend:
Dünya birjalarında neft qiymətləri artıb.
Trend xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,26 dollar artaraq, 74,52 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar artaraq, 69,64 dollar təşkil edib.