...

Mastercard Azərbaycan bazarında monetizasiya üzrə yeni həllər təqdim edəcək (ÖZƏL)

İqtisadiyyat Materials 18 Dekabr 2023 10:19 (UTC +04:00)
Mastercard Azərbaycan bazarında monetizasiya üzrə yeni həllər təqdim edəcək (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın zamanda Mastercard qlobal ödəniş sistemi Azərbaycan bazarında monetizasiyanın sürətlənməsi üçün yeni həllər təqdim edəcək.

Bu barədə Trend-ə müsahibəsində MasterCard-ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal deyib.

Onun sözlərinə görə, Azericard və Mastercard bir sıra layihələrin reallaşdırılması, eləcə də kart biznesi və fintexin inkişafı üçün ən yaxşı dünya və regional təcrübələri öyrənmək üçün səyləri birləşdirməyi planlaşdırır.

"Ötən il Mastercard və Azericard verilənlərin monetizasiyası üzrə strateji tərəfdaşlıq çərçivəsində Anlaşma Memorandumu imzalayıb. Həmin vaxtdan biz strateji tərəfdaşımız Azericard ilə bu həllərin hazırlanması və inkişafı üçün sıx əməkdaşlıq edirik. Tezliklə birgə onları bazara çıxaracağıq. Yekun məqsəd daha effektiv və təsirli biznes qərarlarının qəbul edilməsi üçün tərəfdaşlarımıza bu bazarda böyük məlumat ehtiyatlarından istifadədə köməklik göstərməkdən ibarətdir", - o deyib.

Qeyd edək ki, Mastercard dünyanın 210 ölkəsində 2,3milyarddan çox hesab sahibini birləşdirən aparıcı qlobal texnologiya şirkətidir. Təşkilat 390 milyard ABŞ dollarından çox bazar kapitalizasiyasına malik olmaqla Kantar 2023 versiyasına görə 10 ən dəyərli qlobal brendlər siyahısına daxildir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti