...

Azərbaycanın dəniz limanları yükaşırmanı təxminən 15 faiz artırıblar

İqtisadiyyat Materials 27 Dekabr 2023 02:25 (UTC +04:00)
Azərbaycanın dəniz limanları yükaşırmanı təxminən 15 faiz artırıblar

Bakı. Trend:

Azərbaycanın dəniz limanları 2023-cü ilin yanvar-noyabr aylarında yükaşırmanı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,8 faiz (12 milyon 307,7 min tonadək) artırıblar. Yükün ümumi həcmindən 10 milyon 190,4 min tonu və yaxud 82,8 faizi beynəlxalq tranzit yüklərin, 17,2 faizi isə yerli yüklərin payına düşür. Tranzit yüklərin daşınma həcminin artımı 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,8 faiz təşkil edib.

Trend Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2023-cü il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycan limanlarında 405,8 min ton yük qalıb.

Ötən il Azərbaycanın dəniz limanları vasitəsilə yükaşırma 11 milyon 750 min ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti