...

Azərbaycan vətəndaşlarının ötən il Türkiyədən aldığı daşınmaz əmlakın sayı AÇIQLANIB

İqtisadiyyat Materials 22 Yanvar 2024 15:21 (UTC +04:00)

Bakı. Trend:

2023-ci ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 832 daşınmaz əmlak satın alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 498 obyekt azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, keçən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 52 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 87 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Türkiyədə 138 min 577 mənzil satın alınıb ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 33,4 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyədə 1 milyon 225 min 926 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 64 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azdır.

Keçən il əcnəbi vətəndaşlar Türkiyədən 35 min mənzil alıblar ki, buda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti