...

Finlandiya Orta Dəhlizin inkişafını dəstəkləyir - Səfirlik (ÖZƏL)

İqtisadiyyat Materials 23 Fevral 2024 10:33 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafını dəstəkləyir.

Bu barədə Trend-ə Finlandiyanın Qazaxıstandakı səfirliyindən bildiriblər.

Səfirlikdən qeyd ediblər ki, Orta Dəhliz, həmçinin, Finlandiyaya və Finlandiya şirkətlərinə fayda gətirəcək.

"Orta Dəhliz sayəsində nəqliyyat marşrutları diversifikasiya olunur, Avropadan Asiyaya yüklərin daşınma müddəti isə azalır", - deyə səfirlikdən bildiriblər.

Qazaxıstanla mümkün əməkdaşlıq sahələrindən danışan səfirlikdə potensiala malik olan bir çox istiqamətin mövcud olduğunu bildiriblər.

"Bunlara "yaşıl" texnologiyalar, dağ-mədən sənayesi, energetika, logistika və nəqliyyat, təhsil və rəqəmsallaşma aiddir. Əməkdaşlığın yeni sahələrindən biri meşə təsərrüfatıdır. Digər sektor tullantıların idarə olunmasıdır və Finlandiya bu sahədə böyük təcrübəyə malikdir", - deyə səfirlikdən əlavə ediblər.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti