...

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə ödənilən vəsait açıqlandı

İqtisadiyyat Materials 23 Fevral 2024 13:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 15,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Xidmətdən Trend-ə bildirilib ki, cari ilin ilk ayı ərzində 4 hərrac keçirilib.

Bildirilib ki, hərraclarda 37 nəqliyyat vasitəsi özəlləşdirilib. Yanvar ayında hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.

2024-cü ilin yanvar ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 12,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

İlin ilk ayı ərzində 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə 201 yeni icarə müqaviləsi bağlanılıb.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin yanvar ayında dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2024-cü ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 15,3 milyon manat vəsait daxil olub.

Xəbər lenti

Xəbər lenti