...

Yeni ASUS Zenbook Duo – noutbuklar dünyasında inqilab

İqtisadiyyat Materials 11 Mart 2024 11:25 (UTC +04:00)
Yeni ASUS Zenbook Duo – noutbuklar dünyasında inqilab

Bakı. Trend:

ASUS brendi növbəti dəfə istifadəçilərini heyran etmək qərarına gəlib və onları təkcə heyrətləndirməyəcək, həm də müasir noutbukla bağlı bütün gözləntilərdən üstün olacaq yeni noutbuk təqdim edib. Yeni, tam yenilənmiş ASUS Zenbook Duo 2024 noutbukunu qarşılayın.

Vaxt itirmədən, ASUS-un yeni, inqilabi Zenbook Duo 2024 noutbukunun təsvirinə keçək.

Yeni Zenbook Duo 2024 birbaşa iki yüksək keyfiyyətli ekranla təchiz olunub və eyni zamanda adi (klaviaturanın üzərində böyük displey ilə) deyil, məhz iki tam 14 düymlük ASUS Lumina OLED displey və ayrıla bilən tam klaviatura ilə təchiz olunub.

Bundan əlavə, displeylər həm də sensorludur və kadrların 120 Hz yenilənmə tezliyi ilə 3K rezolyusiyaya malikdir. İstəyinizdən asılı olaraq bir 14 düymlük, iki 14 düymlük və ya 19,8 düym diaqonala malik bir displey seçə bilərsiniz.

OLED-displeylər yüksək rezolyusiya, yenilənmə tezliyi ilə yanaşı həm də yüksək təsvir keyfiyyəti və detalizasiyadan zövq almanıza imkan ayardacaq ki, bu sayədə fotoşəkil və video redaktəsi üçün proqramlarla işləyə və ya yüksək keyfiyyətdə multimedia məzmununa baxışdan zövq ala biləcəksiniz.

Yeni ASUS Zenbook Duo 2024 noutbukundan cari istək və ya tapşırıqlarınıza uyğun olaraq, bir çox ssenaridə istifadə edə bilərsiniz.

Adi formada noutbukun klaviaturası alt displeydə yerləşəcək və bu ondan adi formatda istifadə etməyəniz mümkün olacaq. Klaviaturanı displeydən ayırsanız, qarşınızda müxtəlif məqsədlər üçün bir çox imkanlar açılacaq.

Beləliklə, noutbuku 180 dərəcə açaraq üfüqi formada qoysanız, ondan masaüstü kompüter formatında tam monitor kimi istifadə edə bilərsiniz, yaxud tənzimlənən altlıq sayəsində displeyi maili şəkildə qoyaraq ikiekranlı və çoxməqsədli istifadə variantı əldə edə bilərsiniz. Bundan başqa, noutbukdan adi formada, lakin alt displeydə əks olunacaq virtual klaviatura ilə istifadə imkanı mövcuddur.

Göründüyü kimi, Zenbook Duo 2024 noutbukuna sahib olmaqla, işdən tutmuş əyləncəyə qədər bir sıra tapşırıqlarınızı sakit şəkildə həll edə bilərsiniz.

Yuxarıda qeyd olunan üstünlüklərinə baxmayaraq, ASUS noutbukun içini də gözardı etməyib və onu ən qabaqcıl və müasir komponentlərlə təchiz edib.

Beləliklə, Zenbook Duo özündə Intel Core - Ultra 7 и Ultra 9 kimi iki növ güclü prosessoru birləşdirir. Bu prosessorlar həmçinin süni intellekt tezləşdiricisinə malikdir ki, bu da qadcetinizin daha effektiv işləməsinə imkan verir.

Noutbukda 7467 MHz tezliyə malik 32 qiqabayta qədər son nəsil LPDDR5X operativ yaddaş mövcuddur. Eyni zamanda noutbuk 2 qiqabaytadək SSD yığıcı ilə təchiz olunub.

Əlbəttə, noutbukun bu qədər üstünlüyü və istifadə variantını, yüksək keyfiyyətli və güclü komponentləri özündə birləşdirməsi onun ölçüsü və çəkisi barədə düşünməyə vadar edir.

Lakin ASUS Zenbook Duo 2024 noutbukunun korpusunun qalınlığı klaviatura olmadan cəmi 14,6 mm, çəkisi 1,35 kq, klaviatura ilə isə qalınlığı iki santimetrdən az, çəkisi 1,65 kq-dır. Bu isə öz növbəsində peşəkar məsələləri həll etmək və ya xoş vaxt keçirmək üçün noutbuku özünüzlə səyahətə və işə aparmağınıza imkan yaradır.

ASUS Zenbook Duo 2024 bir çox fəaliyyət sahələri, o cümlədən ofis işi, multimedia proqramları ilə işləmək, eləcə də digər növ işlər və əyləncə üçün uyğundur.

Noutbuk, masaüstü kompüter, çoxməqsədli qadcet və hətta planşet formatını özündə birləşdirən yeni Zenbook Duo 2024 noutbukunun universallığı, zərifliyi, keyfiyyəti, gücü və dizaynı sizin üçün möhtəşəm seçim olacaq.

ASUS-dan xoş bonus: Oynayın, araşdırın və mükafatlar udun!

ASUS brendi MDB ölkələrində yeni ASUS Zenbook Duo 2024 noutbukunun satışının başlaması ilə interaktiv-öyrədici “ASUS macəraları” oyununda noutbuk uduşunu başladır. İştirakçılar müxtəlif maneələri dəf edən və bacarıqlarını inkişaf etdirən personajı idarə etməlidirlər. Hər bir səviyyədə oyunun elementləri flaqman yeniliklərinin müxtəlif funksiya və xüsusiyyətlərini simvolizə edir.

11 mart- - 5 aprel 2024-cü il tarixləri ərzində hər bir mərhələdə qaliblər Microsoft 365 aktivləşdirmə kodu əldə edəcəklər, finalda isə iştirakçıları əsas mükafat - Zenbook Duo 2024 noutbuku gözləyir. Mərhələlərin nəticələri ASUS CIS sosial şəbəkələrində elan olunacaq.

“ASUS macəraları” ASUS Zenbook noutbuklarında reallaşdırılan müasir texnologiyaları araşdırmağın əyləncəli üsulu olmaqla özündə oyun, öyrənmə və əyləncə elementlərini birləşdirir.

Xəbər lenti

Xəbər lenti