...

Kənd təsərrüfatı məhsullarının istehsalından xarici sortlardan asılılıq yüksək olub

İqtisadiyyat Materials 15 Aprel 2024 13:28 (UTC +04:00)
Kənd təsərrüfatı məhsullarının istehsalından xarici sortlardan asılılıq yüksək olub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı məhsullarının istehsalından xarici sortlardan asılılıq yüksək olub.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

"2019-2022-ci illər ərzində “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınmış yeni sortların 88,1%-93,0% intervalında olan hissəsi xarici sortlar olmuşdur ki, bu da yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin və kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunun əsas göstəricilərindəndir.

Eyni zamanda, Dövlət Reyestrinə daxil edilən yerli sortlardan 2020-ci ildə 3 bitki üzrə 3 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 6 bitki üzrə 7 sort Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 1 sort Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, 2021-ci ildə 2 bitki üzrə 9 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 2 bitki üzrə 3 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, 2022-ci ildə 5 bitki üzrə 10 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 4 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılsa da, həmin sortların böyük əksəriyyətinə fermerlər tərəfindən bir qayda olaraq maraq göstərilməmişdir ki, bu da sortyaratma prosesində istehlakçı fermer təsərrüfatlarının tələblərinin əsasən nəzərə alınmadığını, tələblərə uyğunluğu mövcud olan bəzi yeni sortların isə tanıtımı və istehsalının genişləndirilməsi ilə bağlı zəruri işlərin lazımi səviyyədə həyata keçirilmədiyini deməyə əsas verir, - deyə nömrədə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti