...

2023-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 8,8 faiz çox icra olunub

İqtisadiyyat Materials 23 May 2024 11:11 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 764,7 milyon manat proqnoza qarşı 832,3 milyon manat məbləğində və ya 8,8 faiz çox icra olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

Tədiyə növlərinə müvafiq olaraq ƏDV üzrə 254,9 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 227,3 milyon manat, sadələşdirilmiş vergi üzrə 24,6 milyon manat, fiziki şəxslərdən gəlir vergisi üzrə 201,7 milyon manat, aksizlər üzrə 40,5 milyon manat, dövlət rüsumu 61 üzrə 33,3 milyon manat, əmlak vergisi üzrə 21,5 milyon manat, cərimə və sanksiyalardan daxilolmalar üzrə 14,5 milyon manat, torpaq vergisi üzrə 6,6 milyon manat, mədən vergisi üzrə 5,5 milyon manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı üzrə 1,9 milyon manat məbləğində vəsait daxil olub.

Xəbər lenti

Xəbər lenti