...

İrlandiya Azərbaycanın nəqliyyat sahəsindəki uğurlarını alqışlayır - Dövlət naziri

İqtisadiyyat Materials 23 May 2024 17:26 (UTC +04:00)
İrlandiya Azərbaycanın nəqliyyat sahəsindəki uğurlarını alqışlayır - Dövlət naziri
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Leypsiq. Trend:

İrlandiya Respublikası Azərbaycanın son illərdə nəqliyyat sahəsində əldə etdiyi uğurları alqışlayır.

Bu barədə Trend-ə özəl müsahibəsində İrlandiyanın nəqliyyat məsələləri üzrə dövlət naziri Cek Çembers Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) kuluarlarında deyib.

"Azərbaycanda və bir sıra digər ölkələrdə son bir neçə il ərzində nəqliyyat sahəsində əldə olunan irəliləyişi alqışlayırıq", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu gün dünyaya daha çox kollektiv liderlik, hökumətlərarası səviyyədə razılaşma lazımdır.

"COP konfranslarında bu istiqamətdə bir çox nailiyyət əldə olundu, hələ də mövcud çağırışlar üzərində, xüsusən iqlim maliyyələşdirməsi və nəqliyyat sistemlərində tullantıların azaldılması üçün kapital qoymanın sürətləndirilməsi kimi sahələrdə işləmək lazımdır", - o deyib.

Bakıda keçiriləcək COP29 konfransından danışan Çembers qeyd edib ki, iqlim dəyişikliyinin nəzərəçarpan nəticələri göz qarşısındadır ki, bu da COP çərçivəsində mühüm qərarların nə qədər vacib olduğunu vurğulayır. və bu, ÇNL çərçivəsində nə qədər mənalı qərarlara ehtiyac olduğunu vurğulayır.

"Qəbul edilməli və hamı üçün ümumi xarakter daşıyacaq sənəddən irəli gələn əlavə konkret tədbirlərə ehtiyacımız var. Hamını danışıqlar masası ətrafına toplayaraq praktik nəticələrə, o cümlədən qazıntı yanacağı istehsal edən ölkələrin iştirakına səbəb olacaq mətn tərtib etməliyik, belə ki, onlar burada həlledici rol oynayacaq", - deyən dövlət naziri ölkələrin ənənəvi yanacaq istehsalçılarını etiketləmək əvəzinə konsensusa və səmərəli tədbirlərə fokuslanmalı olduqlarını vurğulayıb.

Qeyd edək ki, 22-24 may tarixlərində Almaniyanın Leypsiq şəhərində Litvanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) dayanıqlı iqtisadiyyata imkan yaradan nəqliyyat üzrə sammiti keçirilir. İştirakçılar nəqliyyatın eyni zamanda ekoloji və sosial dayanıqlılığa səbəb olmaqla, necə iqtisadi artıma imkan yarada biləcəyi haqqında müzakirələr və fikir mübadiləsi aparır.

Beynəlxalq Nəqliyyat Forumu (ITF) 60-dan çox ölkənin, o cümlədən Azərbaycanın da iştirak etdiyi hökumətlərarası təşkilatdır.

ITF 2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yanında 1953-cü ildən etibarən fəaliyyət göstərən Avropa Nəqliyyat Nazirləri Konfransının (ECMT) varisi kimi təsis edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti