...

Ölkədə plastmas ixracı və idxalı azalıb

İqtisadiyyat Materials 22 İyun 2024 12:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan 163, 838 milyon ABŞ dolları dəyərində 180 756 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,03% və 19,7% azdır.

Hesabat dövründə ölkənin ümumi ixracının 1,47%-i, qeyri-neft sektoru ixracının isə 12,99%-i plastmas və ondan hazırlanan məmulatların payına düşüb.

Beş ayda Azərbaycana 206,449 milyon ABŞ dolları dəyərində 117 059 ton plastmas və ondan hazırlanan məmulatlar idxal edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 3,9% və 0,4% azdır.

Dövr ərzində sözügedən məhsulların idxalının ölkənin ümumi idxalında payı 2,83% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti