Bakı. Trend:
Azərbaycan hökuməti 2025-ci ildə ölkətə 129,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında deyilir.
Məlumata görə, bunun 92,2 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.