...

Türk Dövlətləri Fintex Alyansı yaradılıb

İqtisadiyyat Materials 9 Oktyabr 2024 17:49 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında Türk Dövlətləri Fintex Alyansının yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, memorandum maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

"İnanırıq ki, bu gün yaradılan Türk Dövlətləri Fintex Alyansı bütün qardaş ölkələrdə fintex sektorunun güclənməsinə və regional əməkdaşlığın daha sürətli inkişafına öz müsbət töhfəsini verəcək", - məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti