Bakı.Trend:
COP29 tədbiri çərçivəsində ölkəmizin qastranomiya turizminin də təbliği üçün bir neçə layihələr nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin məzun günündə Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova deyib.
O bildirib ki, hal-hazırda bununla bağlı danışıqlar aparılır.
"Ümumiyyətlə COP29 tədbirləri çərçivəsində restoranlarımızda təlimlər keçirilməyə başlanılıb. Gələn qonaqlar üçün müxtəlif menyular tərtib olunub", - deyə o qeyd edib.