...

Azərbaycan və Sinqapur biznesin rəqəmsallaşması ilə bağlı Anlaşma Memorandumu imzalayıblar

İqtisadiyyat Materials 29 Oktyabr 2024 09:24 (UTC +04:00)
Azərbaycan və Sinqapur biznesin rəqəmsallaşması ilə bağlı Anlaşma Memorandumu imzalayıblar
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kiçik və orta biznesin rəqəmsallaşmasında Sinqapur təcrübəsi öyrəniləcək.

Trend xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Sinqapur dövlətinin “Singapore Cooperation Enterprise” qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Kiçik və Orta Biznesin (KOB) rəqəmsallaşdırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində qurumlar rəqəmsal hökumət xidmətləri, siyasət və tənzimləyici çərçivələr istiqamətində bacarıqların inkişafı və bilik mübadiləsini həyata keçirəcəklər.

Qeyd edək ki, Sinqapur KOB-ların rəqəmsallaşması sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə 2017-ci ildən fəaliyyət göstərir. Memorandumun məqsədi KOB-ların rəqəmsallaşdırılması və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti