...

Azərbaycanda 103 mindən çox yeni nəsil NKA quraşdırılıb

İqtisadiyyat Materials 9 Dekabr 2024 18:33 (UTC +04:00)
Azərbaycanda 103 mindən çox yeni nəsil NKA quraşdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bu barədə Trend Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti