...

AMB Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmini açıqlayıb

İqtisadiyyat Materials 11 Dekabr 2024 11:08 (UTC +04:00)
AMB Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmini açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (BXİ) həcmi təxminən 4,522 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.

"Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların (BXİ) həcmi illik müqayisədə 3,44 faiz artıb", – deyə S. Nəsirov qeyd edib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatına BXİ üzrə ilk beşliyə Böyük Britaniya – 1,304 milyard dollar, Türkiyə – 911,977 milyon dollar, Kipr – 553,669 milyon dollar, BƏƏ – 356,307 milyon dollar və İran – 275,886 milyon dollar daxildir.

S.Nəsirov həmçinin vurğulayıb ki, Azərbaycana birbaşa investisiyalar üzrə ilk onluğu Yaponiya – 180,639 milyon dollar, Macarıstan – 133,756 milyon dollar, Norveç – 102,613 milyon dollar, ABŞ – 102,158 milyon dollar və Rusiya – 97,892 milyon dollar tamamlayır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,658 milyard ABŞ dolları təşkil edib ki, bu da 6,1 faiz artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti