...

İntensiv alma bağlarına görə 11 min manat subsidiya veriləcək

İqtisadiyyat Materials 11 Dekabr 2024 13:21 (UTC +04:00)
İntensiv alma bağlarına görə 11 min manat subsidiya veriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi zonalarına daxil rayonlarda və eyni zamanda Lerik rayonunda salınacaq intensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.

Qeyd edilib ki, bu bölgələrdə qeyd olunan tarixlərdə ən azı 2 hektarda salınmış, hər hektarda minimum 2450 ting əkilmiş, damcı suvarma sistemi ilə təchiz olunmuş bağların hər hektarına görə fermerlərə 11000 birdəfəlik əkin subsidiyası veriləcək.

Xəbər lenti

Xəbər lenti