...

Sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 12 Fevral 2025 16:13 (UTC +04:00)
Sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulan kreditlərin həcmi 1,5 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan xəbər əldə edib.

Məlumata görə, bu, aylıq müqayisədə 17,5 milyon manat və ya 1,1%, illik müqayisədə isə 346,8 milyon manat və ya 29,2% çoxdur.

Eyni zamanda, cari ilin yanvarın 1-nə ölkədə qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulan kreditlərin həcmi isə 743 milyon manat olub.

Bu göstərici aylıq müqayisədə 4,2 milyon manat və ya 0,6%, illik müqayisədə isə 720,1 milyon manat və ya 32,6 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti