Bakı. Trend:
Ötən ay Azərbaycandan xaricə 2,3 milyard kubmetr həcmində təbii qaz ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda qaz ixracının dəyəri 870 milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 406,7 milyon kubmetr (21%), dəyər ifadəsi ilə 130,2 milyon ABŞ dolları (17,6%) çoxdur.
Qeyd edək ki, qaz ixracı ümumi ixracın 28,64%-ni təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.