...

Azərbaycandan iki ayda ixrac edilən neft bitumunun həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 Mart 2025 12:05 (UTC +04:00)
Azərbaycandan iki ayda ixrac edilən neft bitumunun həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 2 min ton neft bitumu ixrac edilib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 519 min ABŞ dolları olub.

Ötən ilin eyni dövründə Azərbaycandan neft bitumu ixrac edilməyib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanın ixrac etdiyi neft bitumunun miqdarı 1,1 min ton, dəyəri isə 220 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.

Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%) çoxdur.

Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti