Bakı. Trend:
Ötən il Azərbaycanın xalis maliyyə öhdəlikləri isə 2,3 milyard ABŞ dolları azalıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu, xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-226.5 milyon ABŞ dolları), neft bonusu (457.8 milyon ABŞ dolları), portfel investisiyaları (-960.9 milyon ABŞ dolları) və digər investisiyalar (-1,6 milyard ABŞ dolları) hesabına formalaşıb.
Qeyd edək ki, 2023-cü ildə ölkənin xalis maliyyə öhdəlikləri 1, milyard ABŞ dolları azalıb ki, bu da, xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-218.2 milyon ABŞ dolları), neft bonusu (471.0 milyon ABŞ dolları), portfel investisiyaları (-694.1 milyon ABŞ dolları) və digər investisiyalar (-589.1 milyon ABŞ dolları) hesabına formalaşıb.