Bakı. Trend:
Bu ilin fevral ayı ərzində Milli Ödəniş Sistemində (MÖS) aparılan tranzaksiyaların həcmi 45,8 milyard manatı, sayı isə 13,7 milyonu ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 31 milyard manat və ya 40,4% azalma, sayında isə 1 milyon vahid və ya 7,9% artım qeydə alınıb.
Belə ki, 2024-cü ilin fevralında ölkədə Milli Ödəniş Sistemində aparılan əməliyyatların həcmi 76,8 milyard manatı, sayı isə 12,7 milyonu ötmüşdü.
Bundan başqa, 2025-ci ilin fevral ayında Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə aparılan əməliyyatların həcmi 3,6 milyard manat, sayı isə 13,4 milyon ədədə bərabər olub.
2024-cü ilin eyni ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmində 187,9 milyon manat və ya 4,9% azalma, sayında isə 943,1 min vahid və ya 7,6% artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin fevral ayında ölkədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 3,8 milyard manat, sayı isə 12,4 milyon ədədə bərabər olub.