Bakı. Trend:
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əhalinin nominal gəlirləri 2026-ci ildə 97,9 milyard manat, xərcləri isə 95.3 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 105,7 milyon manat, xərcləri 102,8 milyon manat, 2028-ci ildə gəlirlər 113,9 milyon manat, xərclər isə 110,7 milyon manat həcmində proqnozlaşdırılır.