Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Sənaye Sığorta" və "Qala Həyat Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə ,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər iki sığorta şirkətinə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması ilə əlaqədar olaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi olan göstəriş verilib.
