...

Gürcüstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfədən çox artırıb

İqtisadiyyat Materials 19 Dekabr 2025 11:05 (UTC +04:00)
Gürcüstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 74,412 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon dollar və ya 2,4 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstandan reallaşan investisiyaların payı 1,6% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Gürcüstan iqtisadiyyatına 111,318 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon dollar və ya 16,3% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,5% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 31,047 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 95,750 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti