Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 2,199 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 55,1 milyon manat və ya 2,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 338,7 milyon manat və ya 18,2% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9,2% artım deməkdir.
