...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 19 sentyabr 2007-cı il tarixində Bakı Fond Birjasında Milli Bankın 50103816S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 40 000 000 manat, hərraca çıxarılan həcm 35 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 43 225 200 manat təşkil edib. Sifarişlər 99.38% (gəlirlik 8.02%) - 99.61% (gəlirlik 5.03%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.51% (gəlirlik 6.33%), orta ölçülmüş qiymət - 99.52% (gəlirlik 6.20%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 3 758 000 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 35 000 000 manat məbləğində müəyyən edilib. Notların ödənilmə tarixi 17 oktyabr 2007-cı ildir.

Xəbər lenti

Xəbər lenti