...

Bərdədə qara yara xəstəliyi təhlükəsi yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2007 02:30 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu / Bərdə rayonunun Lənbəran kənd yaxınlığında Kəlbəcər rayonuna məxsus yatağında müvəqqəti məskunlaşan ona yaxın Kəlbəcərdən olan məcburi köçgünün qara yara xəstəliyinə tutulması həqiqətə uyğun deyil. Bu barədə Bərdə rayon Baytarlıq idarəsinin baş həkimi Mehman İsmaylov kütləvi informasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında məlumat verib.

Baş həkimin sözlərinə görə, sözü gedən ərazi Bərdə rayon Baytarlıq idarəsinə məxsus olmasada, rayon Baytarlıq idarəsinin həkimləri ilə bərabər Respublikanın Baytarlıq xidmətindən və Tauk əlehinə stansiyadan bir qrup əməkdaşlar ərazidə olan 700 başdan cox iri buynuzlu və coxlu sayda xırda heyvanlar arasında yoxlama aparılıb. Nəticədə məlum olub ki, qara yara xəstəliyinə tutulan və yaxud da ki ölən heyvan yoxdur.

İsmaylov onuda bildirdi ki, hər hansısa bir heyvan sözü gedən xəstəliyə yoluxarsa, xəstəlik yolxuçu olduğundan ərazidə və o çümlədən rayonda olan heyvanların coxu bu virusa yoluxa bilər.

Bərdə rayon Baytarlıq idarəsi isə xəstəliyin qarşısını almaq üçün bu il bütün heyvanlarda vaksinləmə işi aparıb. Bərdənin 109 kəndində 15 sahə Baytar məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr qara yara xəstəliyi ilə əlaqədar 9 ay ərzində 76.482 baş iri buynuzlu, 126.900 baş xırda buynuzlu heyvanlarda vaksinləmə işi aparıblar. Ötən illə müqayisədə bu rəqəmlər 10 % artıqdır.

Baş həkim onuda bildirdiki, 30 minə yaxın iri buynuzlu malqaradan qan nümunələri götürülərək laboratoriya stansiyasına göndərilib. Cavablar isə müsbətdir, heç bir qorxulu və təhlükəli xəstəlik yoxdur.

Xəbər lenti

Xəbər lenti