...

Nazir: "Azərbaycan xarici investorların cəlb olunması ilə xidmət sahəsinin inkişafını gücləndirmək niyyətindədir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2007 15:13 (UTC +04:00)
Nazir: "Azərbaycan xarici investorların cəlb olunması ilə xidmət sahəsinin inkişafını gücləndirmək niyyətindədir"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanda Qazaxıstan və Rusiya da daxil olmaqla, digər neft hasil edən ölkələrdən fərqli olaraq biznes aparılması üçün əlverişli şərait yaradılması ilə bağlı islahatların tempində ləngimə müşahidə olunmur. Bu barədə bazar ertəsi Bakıda Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən Doing Business-2008 beşinci hesabatının təqdimatı zamanı hesabatın müəllifi Simeon Cankov bildirib.

DB və BMK-nın sonuncu Doing Business-2008 hesabatına əsasən, Azərbaycanın reytinqi yaxşılaşıb. (99-dan 96-cı mövqeyə).

"Azərbaycanda islahatlar üzrə müşahidə olunan inkişaf növbəti illərdə bu istiqamətdə müsbət tendensiyanın olacağına nikbin yanaşmağa əsas verir. Hökumət qeyri-neft sahəsində biznesin inkişafı üçün şərtlərin yaxşılaşdırılmasına çalışır" - deyə Cankov söyləyib.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, xarici investorların cəlb olunması ilə xidmət sahəsinin yaradılması üçün Azəbaycanın münasib coğrafi mövqeyinin istifadə olunmasının mühümlüyü dövlət başçısı səviyyəsində müzakirə olunur.

"Biz bu gün hasil olunan 1.2 mlrd. ton neftdən gələn gəlirlərlə kifayətlənməməliyik, Azərbaycanı digər inkişaf istiqamətlərində və digər dövlətlər üçün cəlbedici etməliyik" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti