...

"Kolxoz bazarlarında antisanitariya hökm sürür" - Azərbaycanın İstehlak bazarına nəzarət Dövlət Xidmətinin rəhbəri ilə müsahibə (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2007 19:53 (UTC +04:00)
"Kolxoz bazarlarında antisanitariya hökm sürür" - Azərbaycanın İstehlak bazarına nəzarət Dövlət Xidmətinin rəhbəri ilə müsahibə (video)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın istehlak bazarında naməlum mənşəli, vaxtı keçmiş ərzaq və məhsulların satışı problemi kəskin olaraq gündəlikdə duran məsələlərdən biridir. Çin mənşəli malların monitorinqinə başlanılıb, ticarət və iaşə xidmətləri şəbəkəsinin müasirləşdirilməsi işi aparılır.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak bazarına nəzarət Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədovla Trend -ın müsahibəsi.

- Dövlət Xidmətinin Azərbaycan bazarında məhsulların keyfiyyəti ilə bağlı analiz hansı nəticələri göstərib?

aKakie rezulğtatı pokazıvaet analiz qosslujbı kaçestva tovarov na rınke Azerbaydjana?

- Ticarət məntəqələrində bir çox naməlum mənşəli və yararlılıq müddəti bitmiş məhsullar satılır. Biz hər həftə analiz aparırıq. Müəyyən mənada biz sahibkarlar tərəfindən ət və süd məhsullarının müvafiq temperaturda saxlanılması, satıcılar üçün normal iş şəraitinin yaradılmasına nail olmuşuq.

Əsas problem kolxoz bazarlarındadır, orda tam antisanitariya höküm sürür. Biz onların sahiblərinə bu cür problemələrin aradan qaldırılması üçün ticarət infrastrukturunun maliyyələşdirilməsini təklif edirik.

Bugündən etibarən biz məhsullara verilən zamanətlə rin yoxlanılmasına başlayırıq. Bizə aldadılmış istekhlakçılardsan şikayətlər daxil olur. Onlar məhsulu zamanətlə alırıar, lakin gələcəkdə isə bu təmin olunmur. Dövlət Xidməti paltar bazarının monitorinqini aparır. Monitorinq nəticəsində müəyyən olunub ki, mağazalarda naməlum mənşəli yaxud məşhur avropa şirkətlərinin brendi altında istehsal olunan Çin malları satılır ki, bu da, əlbəttə, qiymətə təsir edir.

- Artıq sizin tərəfinizdən neçə qanun pozucusu qeydə alınıb?

- Monitorinqin nəticələrinə əsasən, dövlət büdcəsinə təqribən 62 min manat məbləğində cərimə köçürülüb. 232 pozuntu faktı üzrə 1423 halda cərimə tətbiq olunub. Son üç ayda yararlılıq müddəti olmayan yaxud ümumiyyətlə, naməlum mənşəli məhsulların satışı azalıb. Keyfiyyət standartlarına uyğun gəlmədiyi üçün 4100-dən yuxarı, yararlılıq müddəti ötdüyünə görə isə 17,81 min məhsul satışdan götürülüb.

- Dövlət Xidmətinin, məhsulların keyfiyyətinin yoxlanılması və analizi üçün, laboratoriyası varmı?

- Bəli, bizim Bakı, Naxçıvan, Gəncə, Xaçmaz, Cəlilabad və Şəkidə laboratoriyalarımız var. Laboratoriyalar müasir standartlara cavab verir və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib. Dövlət Xidməti fəaliyyətə başlayandan bəri yoxlama üçün 287 məhsul təqdim olunub, onların 122-si keyfiyyət standartlarına uyğun gəlməyib, 93-ü uyğun gəlib, 73-ü isə hələ ki yoxlanılmayıb. Biz 2008-ci ilin sonuna Avropa standartlarına uyğun gələn əlavə laboratoriyanın açılmasını planlaşdırırıq. Hökumət bunun üçün artıq 2 mln. manatdan çox vəsait ayırıb və biz Çexiyadan olan məsləhətçilərlə danışıqlara başlamışıq. Qarşıda duran yeganə problem ixtisaslı kadrların olmamasıdır.

- Sizin Xidmət istehlak bazarının keyfiyyətinin artırılması üçün Azərbaycan əhalisi arasında hər hansı bir maarifləndirmə işləri aparırmı?

- Sağlam istehlak bazarına nail olmaq üçün biz maarifləndirmə işləri aparırıq. Biz indi bukletlər buraxırıq, hər istirahət günü ən fəal ticarət məntəqələrində aksiyalar keçirəcyik. Bukletlərdə istehlakçının məhsulun sertifikatını tələb etmək, yararlılıq müddətini və mənşəyini yoxlamaqla bağlı hüquqları əks olunacaq. Alıcılara göstərilən xidmətin keyfiyyətini artırmaq üçün biz 37 nəfər satıcıya kurs təşkiul etmişik ki, bu tədbir gələn il də davam etdiriləcək.

-- Dövlət Xidmətinin qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində hansı işlər görülür?

- Dövlət Xidməti hazırda "Ticarət haqqında" qanun layihəsi hazırlayır ki, bu da 60 gün müddətində hazır olacaq. Layihə əvvəlcə, baxılmaq üçün İqtisadi İnkişaf Nazirliyinə, sonra Nazirlər Kabinetinə, daha sonra isə, təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunacaq. Qanunda istehlakçıların və sahibkarların hüquqlarının müdafiəsi və qiymətlərin tənzimlənməsi nəzərdə tutulacaq. Belə ki, bir sahədə qiymətlərin suni şəkildə artırılması, digər sahələrə də təsir edir. İstehlak siyasətinin düzgün aparılması bizim məhsullarılmızın Avropa ölkələrinə ixracına səmərəli təsir göstərir.

Xəbər lenti

Xəbər lenti