Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-iyun ayları ərzində Unibank kommersiya bankının aktivləri 1,8 dəfə artaraq, 248,928 mln. manat təşkil edib. Bu barədə bankın mətbuat xidmətinin məlumatında göstərilib.
Aktivlərin strukturunda bankın kredit portfeli (ehtiyatları çıxmaqla) 149,572 mln. manat olub. Bu zaman cari ilin birinci yarımili üçün bu göstərici 1,7 dəfə artıb.
PriceWaterhouseCoopers beynəlxalq auditor şirkətinin göstəricilərinə əsasən, 2007-ci ilin birinci yarımilinin yekunlarına görə Unibank tərəfindən cəlb edilmiş depozitlərin ümumi həcmi 96,92 mln. manat təşkil edib. Bu göstəricinin 2007-ci ilin birinci altı ayı üçün artımı 1,2-yə bərabər olub.
Müxtəlif beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlər yarımil ərzində 3,1 dəfə artmış və 111,802 mln. manat təşkil edib.
2007-ci il ərzində bankın nizamnamə kapitalı 1,8 dəfə artaraq 11,929 mln. manat olub. Məcmu kapitalın artımı, bu göstəricinin qiyməti 25,6935 mln.manat olmaqla, 2,03 dəfə təşkil edib.