...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabrın 24-də Bakı Fond Birjasında Milli Bankın 50104316S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 60 mln. manat, hərraca çıxarılan həcmi 50 mln. manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 39 518 800 manat olub. Sifarişlər 99.49% (gəlirlik 6.59%) - 99.53% (gəlirlik 6.07%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.49% (gəlirlik 6.59%) orta ölçülmüş qiymət - 99.51% (gəlirlik 6.33%) səviyyəsində Milli Bank tərəfindən müəyyənləşdirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi ,1 226 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 39 518 800 manat olub. Notların ödəmə tarixi 21 noyabr 2007-cı ildir.

Xəbər lenti

Xəbər lenti