...

Bank Respublika iki yeni ofis açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bank Respublika noyabrın əvvəlində iki yeni ofisin - Bakıda Ağa Nemətulla və Masallıda filialların açılmasını planlaşdırır. Bu barədə bankın məlumatında göstərilib.Yeni ofislər əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edəcək. Bu xidmətlər sırasında hesablaşma-kassa xidmətləri, depozitlər, MasterCard və VISA plastik kartları, Western Union, Contact, Migom, Coinstar, Privat Money, Bıstraya poçta, Xpress Money və Blizko sistemləri üzrə təcili pul köçürmələri, qızıl külçələrin satışı və sair xidmətlər var.

Bank Respublika-nın hazırda Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Quba, Xaçmaz, Lənkəran, Yevlax, Bərdə, Şəmkir və Göyçay şəhərlərində 14 filialı və 8 şöbəsi fəaliyyət göstərir. Bakı şəhərində Bank Respublika-nın Baş Ofisi, "Mərkəz", "Azadlıq", "Azneft", "Nərimanov", "Nəsimi", "Əhmədli", "Bakıxanov" filialları, "Memar Əcəmi", "Alatava" və "Yasamal" şöbələri fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti