...

ARDNF-nın rəhbəri: Neftin qiymətləri şəkərin bahalaşmasına gətirib çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2007 21:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Neftin beynəlxalq qiymətinin artması səbəbindən çuğundurçuluqda defisit yaranıb ki, bu da şəkərin qiymətinin bahalaşmasına gətirib çıxarıb. Bu barədə cümə axşamı Azərbaycan Dövlət Neft Fondunun 9 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Neftə olan yüksək qiymətlər nəticəsində bu istehsalatda mənfəətlilik səbəbindən bio-etanola olan tələbat əhəmiyyətli dərəcədə artıb. Onun buraxılması üçün müxtəlif bitkilərdən istifadə olunur, o cümlədən çuğundurdan. Bu öz növbəsində şəkər istehsalında bu xammalın defisitinə gətirib çıxarır. Belə ki, çuğundurun əsas hissəsi bio-etanolun buraxılmasına yönəldilir.

"Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin artısmından müsbət və mənfi nəticələrə malikdir" - deyə Mövsümov bildirib.

Müsbət tərəfi neft satışından olduğu kimi, həm də şirkət mənfəətlərindən tutlan gəlir vergisinin artırılmasından əldə olunan ölkə gəlirlərinin genişlənməsi ilə izah olunur.

Bu faktın mənfi təsiri birinci növbədə dünyada digər qiymət artımlarından ibarətdir. Buna misal olaraq şəkəri göstərmək olar.

2005-ci ildə Azərbaycanda yerli xammaldan (Şəkər çuğunduru) şəkər istehsal edən İmişli şəkər zavodu istismara verilib. 2007-ci ildən Azərbaycan ilk dəfə olaraq bu məhsulun ixracatçısı olub. İxracın həcmi artıq 236,6 min. ton təşkil edir. Baxmayaraq ki, ölkə bu məhsulun idxalçısıdır.

Şəkərin qiymət artımına təsir edən amillərdən biri də, 2005-ci ilin sonlarından bu məhsula olan tələbatın idxal hesabına ödənməsi və qiymətlərin istehsalsçı ölkələr tərəfindən tənzimlənməsi səbəb olub.

Respublikaya şəkər tozu əsasən Russiya, Braziliya, Ukrayna və cüzi həcmdə Türkiyə və İrandan idxal olunur. Son zamanlar bu ölkələrdə qiymətlər artıb.

Xəbər lenti

Xəbər lenti